adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 May 2020 10:07
47583
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ARXAMCA ...

Arxamca bir ovuc su at -
Gözündə şimşək çaxanda...
Kirpik ucunda nəm bir ad -
Sonuncu yağış yağanda...

Şum yeri bağrın başında
Ahı var, dağın - daşın da!
Kövrəlmə , əli qaşında -
Küskün, ümidsiz baxanda!

Üstünə səpmək istəsən,
Gözünə təpmək istəsən...
Ruhumu öpmək istəsən -
Onu, sən axtar yaxanda...

İsmi bəlli behiştimin
Daşı ağırdı eşqimin...
Günahı yoxdu, heç kimin -
Mənəm, yandıran- yaxan da!