adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 May 2020 10:01
13395
GÜNDƏM
A- A+

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə səfir Polad Bülbüloğlu videomüraciət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun videomüraciəti yayımlanıb.

Adalet.az-ın məlumatına görə, Polad Bülbüloğlu müraciətində qeyd edib ki, uzun illər mayın 10-da Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində Heydər Əliyevin doğum günü qeyd edilir. Hər il mayın 10-da burada tanınmış dövlət adamları, siyasətçilər, sənət ustaları, diaspor nümayəndələri ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününü qeyd edirdik. Heydər Əliyevi tanıyanlar, onunla bir yerdə işləyənlər bu əziz gündə öz xatirələrini bölüşürdülər.