adalet.az header logo
  • Bakı 13°C
10 May 2020 23:26
14611
DÜNYA
A- A+

Almaniyada yenidən açılan məscidlərdə bu cür ibadət ediləcək - FOTO

Almaniyada yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinin yumşaldılması çərçivəsində yenidən kütləvi ibadətə icazə verilib.

"Anadolu” agentliyi xəbər verir ki, müsəlmanlar məscidə girməzdən əvvəl adları və əlaqə məlumatları qeyd olunur.

Bundan sonraonlar əllərini dezinfeksiya edib, 1,5 metrlik sosial məsafə qaydasına uyğun olaraq, maska ilə namaz qılırlar.

Namaz qılındıqdan sonra məscidin içərisi dezinfeksiya edilir.

Maksimum 50 nəfərlik kütləvi ibadətə icazə verildiyi qeyd olunur.