adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 May 2020 22:00
51083
MARAQLI
A- A+

Saxlanılan terrorçuların görünüşü şoka saldı

Türkiyəli əsgərlərə qarşı hücum həyata keçirmək istəyərkən saxlanılanPKK/YPG-li iki terrorçunun görünüşü hər kəsi heyrətləndirib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisəSuriyanın Hasaka bölgəsindəbaş verib. Terrorçular hava qaralandan sonra əraziyə girməyə çalışıblar. Lakin keşik çəkən əsgərlərin nəzərlərindən yayına bilməyiblər.

Yoxlama zamanı onların bədənlərinin alüminium folqa ilə sarındığı görünüb. Terrorçular bunu termal kameraya yaxalanmamaq üçün etdiklərini bildiriblər.

Onlar həmçinin türkiyəli əsgərlərə qarşı terror həyata keçirmək istədiklərini etiraf ediblər.
Terrorçuların silah-sursatları müsadirə edilib, özləri isə həbsə salınıb.