adalet.az header logo
  • Bakı 18°C
10 May 2020 19:00
18272
SİYASƏT
A- A+

Afrikanın borclarına moratorium qoyulsun - Prezident

Afrika ölkələrinin borclarının ödənilməsinə iki illik moratorium tətbiq edilməlidir.

Adalet.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa deyib.

"Beynəlxalq Valyuta Fondu və Dünya Bankı suveren borcların ödənilməsi ilə bağlı 9 aylıq moratorium təklifini dəstəkləyib. Bununla belə bizə iki il lazımdır. Hazırkı pandemiya Afrikanın müasir tarixində nəhəng iqtisadi və sosial itkilərə səbəb ola bilər”, - deyə o bildirib.