adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 May 2020 16:14
14514
İDMAN
A- A+

“Fənərbaxça” Marselonu heyətinə qatır

Türkiyənin "Fənərbaxça” klubu "Real Madrid”in braziliyalı ulduzu Marselonu ala bilər.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, türkiyəli məşhur aparıcı Acun İlıcalı qatıldığı veriliş zamanı "Fənərbaxça”ya sol cinahın kralı gəlir” açıqlamasını verib.

Türkiyənin "Fotomatç” qəzeti İlıcalının dediyi futbolçunun Marselo olduğunu yazıb. Qəzet "Real Madrid”in zədələr səbəbindən əsas heyətə düşə bilməyən Marselonu bu mövsüm satmaq niyyətində olduğunu bildirib.