adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 May 2020 15:07
16216
İDMAN
A- A+

Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku” keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn "Beynəlxalq təhsil kuboku" təşkil olunub.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yarışa nazirin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə start verilib. Firudin Qurbanov müraciətində ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişafı ilə bağlı gördüyü işlər, bu sahəyə göstərilən dövlət qayğısı, mövcud vəziyyətlə əlaqədar online platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzu edərək turniri açıq elan edib.

9-10 may 2020-ci il tarixlərində www.chess.com internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edir.

Oyunlar seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilir. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparır. Final mərhələsinin oyunlarının "İdman Azərbaycan" kanalında canlı yayımı nəzərdə tutulub.

Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə "Beynəlxalq təhsil kuboku"nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.

Onlayn "Beynəlxalq təhsil kuboku"na dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:

Təhsil nazirinin müavini Firudin Qurbanovun yarış iştirakçılarına müraciəti:

https://youtu.be/wg6omGVdGz4

Yarışın internet səhifəsi:

www.tehsilchess.az/itc2020

Yarışın əsasnaməsi:

https://www.tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf