Tramp Panamaya koronavirusla mübarizədə yardım təklif edib
ABŞ prezidenti Donald Tramp və onun panamalı həmkarı Laurentino Kortiso arasında telefon danışığı olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibinin müavini Cadd Dir bildirib.
C.Dir deyib: "Prezident Tramp Panama vətəndaşlarına yardım üçün resurslar təklif edərək, ölkəyə dəstəyini təsdiqləyib və Panamanın iqtisadi cəhətdən böyüməsinə bağlılığını ifadə edib. Donald Tramp Panama kanalının idarə edilməsinin pandemiya zamanı qlobal iqtisadiyyat üçün xüsusilə vacib olduğunu qeyd edib".
Qeyd edək ki, Panamada koronavirusa yoluxanların sayı 8 070 nəfər, koronavirusdan ölənlərin sayı isə 231 nəfər təşkil edir.
Digər Xəbərlər
25 Aprel 2024 14:42
Ermənistan Azərbaycandan qaz almaq istəyir: Alen Simonyan müzakirələrə hazır olduqlarını bildirdi
25 Aprel 2024 14:37"Makron Ukrayna ilə bağlı konkret qərarlar verə bilmir"
25 Aprel 2024 11:04"Paris dağılır"
25 Aprel 2024 10:20Türkiyədə İŞİD üzvləri saxlanıldı
25 Aprel 2024 09:36