adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 May 2020 13:07
14735
DÜNYA
A- A+

Tramp Panamaya koronavirusla mübarizədə yardım təklif edib

ABŞ prezidenti Donald Tramp və onun panamalı həmkarı Laurentino Kortiso arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibinin müavini Cadd Dir bildirib.

C.Dir deyib: "Prezident Tramp Panama vətəndaşlarına yardım üçün resurslar təklif edərək, ölkəyə dəstəyini təsdiqləyib və Panamanın iqtisadi cəhətdən böyüməsinə bağlılığını ifadə edib. Donald Tramp Panama kanalının idarə edilməsinin pandemiya zamanı qlobal iqtisadiyyat üçün xüsusilə vacib olduğunu qeyd edib".

Qeyd edək ki, Panamada koronavirusa yoluxanların sayı 8 070 nəfər, koronavirusdan ölənlərin sayı isə 231 nəfər təşkil edir.