adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 May 2020 12:21
72298
TEXNOLOGİYA
A- A+

“Facebook”un əməkdaşları 2020-ci il bitənə qədər evdən işləyəcəklər

ABŞ-ın "Facebook” şirkəti öz əməkdaşlarına 2020-ci ilin sonuna qədər evdən işləmək icazəsi verib.

CNBC televiziyası bu barədə şirkət nümayəndəsinə istinadən xəbər verir.

Əlavə olaraq qeyd olunur ki, şirkət iyulun 6-dan ofislərinin əksəriyyətini açmağa başlayacaq.

Ötən ay "Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq elan edib ki, 2021-ci ilin iyul ayına qədəriclaslarda 50 nəfərdən artıq adamın iştirakına icazə verilməyəcək.