adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 May 2020 23:36
14945
DÜNYA
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyonu ötüb.

Adalet.az-ın"İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 4 041 789 nəfərə çatıb. Koronavirusdan 277 minə yaxın insan ölüb, 1,4 milyondan artıq insan isə sağalıb.

Bildirilir ki, ən çox koronavirusa yoluxma halları ABŞ, İspaniya, İtaliya, Böyük Britaniya və Rusiyada qeydə alınıb.