adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 May 2020 22:23
17811
DÜNYA
A- A+

Rusiyada kütləvi etirazlar başlayacaq - Qudkovdan şok

Həyat səviyyəsinin aşağı düşməsi ucbatından yayın ortalarında Rusiyada kütləvi etirazlar ola bilər.

Axar.azxəbər verir ki, bunu "Levada Mərkəz”in rəhbəri Lev Qudkov deyib.

"Düşünürəm ki, cəmiyyətin səbri iki ay üçün kifayət edəcək. Bu dəqiqdir. İki ay müddətində insanlar dərk etməyə başlayacaqlar ki, artıq səbir tükənir. Rus səbri çox vacib faktordur. Rusiyalılar karantin tədbirlərinə qarşı etiraz edib, dövlətdən maliyyə dəstəyi tələb edə bilərlər”, – deyə o bildirib.

Qudkov Rusiyada əhalinin 48%-nin hökumətin antivirus tədbirlərindən narazı olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putinin reytinqinin antirekord vurmasını (59%-ə düşməsini) şərh edən Qudkov belə geriləmənin əhalinin gəlirlərinin azalması, qeyri-müəyyənliyin artması, dövlət müəssisələrində işləməyənlərin perspektivinin qaranlıq olması ilə izah edib.