adalet.az header logo
  • Bakı 13°C
09 May 2020 21:00
12936
İDMAN
A- A+

Afrikalı hücumçu "Qəbələ"yə qayıdır

Hazırda icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən futbolçu Ceyms Adeniyi cari mövsümün sonunda, müqavilə üzrə məxsus olduğu "Qəbələ"yə qayıdacaq.

Bu barədə nigeriyalı hücumçunu özü məlumat verib.

28 yaşlı hücumçu bildirib ki, "qırmızı qaralar"la müqaviləsi var və hələ də bu komandanın oyunçusudur. O artıq İsraildə klubların məşqləri bərpa etdiklərini və mayın 30-da liqaların qaldığı yerdən davam etdiriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub (Report).