adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 May 2020 19:00
15824
İDMAN
A- A+

“Beşiktaş”ın bu hücumçusu Rusiyaya transfer oluna bilər

Sankt-Peterburqun "Zenit” komandası "Beşiktaş”ın futbolçusu Umut Nayırı öz sıralarına qatmağı planlaşdırır.

Bu barədə "Milliyet” məlumat yayıb.

"Qara qartal”ın pandemiya ilə əlaqədar maaşını azaltmaq istəməyən futbolçularla yolunu ayırmaq istədiyi bildirilir. Belə oyunçulardan biri də Umut Nayırdır.

Cari mövsümdə 25 oyunda meydana çıxan hücumçu altı qol vurub.

Rusiya çempionatında Sergey Semakın yetirmələri 50 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıblar.