adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 May 2020 11:56
14143
DÜNYA
A- A+

Tramp dünya dövlətlərinə səkkiz min süni tənəffüs aparatı göndərəcək

ABŞ Prezidenti Donald Tramp dünyada koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün iyul ayının sonunadək müxtəlif ölkələrə səkkiz min süni tənəffüs aparatıgöndərməyi planlaşdırır.

Bu barədə "Associated Press” xəbər verir.

Ağ Evin nümayəndələri tibbi cihazların hansı ölkələrə göndəriləcəyi sualına dəqiq cavab verməyiblər.

Bundan əlavə, bu çatdırılmaların ödənişsiz yardım şəklində həyata keçiriləcəyi və ya ödənişli olub-olmadığı barədə məlumat verilmir.

"Müəyyən şəkildə bunun pulsuz yardım olmasını istəyirəm. Həqiqətən istəyirəm. Düşünürəm ki, xoşməramlı jest olacaq. İnsanlarıölümdən qurtarmaq üçün bizə pul ödəməli olduqlarını söyləmək ağırdır”, - deyə D.Tramp qeyd edib.

ABŞ istehsalı olan süni tənəffüs aparatlarının qiymətimodelindən asılı olaraq, 5-30 min dollar arasında dəyişir.

Bir müddət əvvəl amerikalı həkimlər süni tənəffüs aparatlarının yetərli qədər olacağına əmin deyildilər, amma hazırda ölkədə təchizat əhəmiyyətli şəkildə yaxşılaşıb.

"Bizim süni tənəffüs aparatları istehsal edən doqquz fabrikimiz var idi, ona görə də, buna inanmaq çətindir. İkinci Dünya Müharibəsindən sonra belə halolmayıb”, - deyə ölkə lideri bildirib.

Hazırda ABŞ-ın ehtiyatında 12 mindən çox süni tənəffüs aparatı var.(oxu.az)