adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 May 2020 10:29
46438
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏN

Desəm Sənə, sözünü ud -
Dil inanmaz!
Sən adımı dilində tut -
Dilin yanmaz...

Baxışımı telinə tax -
Telin solmaz..
Dön güzgüdə özünə bax -
Qırğın olmaz!..

Sözlərimi mücrünə yığ -
Səndə qalsın...
Səssizcə də ruhumu sıx -
Canı yansın!..

Sən üzünü Haqqa çevir -
Mən də Sənə!
Onda biət görəcəksən -
Məndə SƏNƏ!