adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 May 2020 22:25
32550
ŞOU-BİZNES
A- A+

“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO

Ölkəmizi 2021-ci ildə"Avroviziya”beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək gəncmüğənni Samirə Əfəndinin səsləndirdiyi"Kleopatra” mahnısıAlmaniyanın ARD ictimai kanalındayayımlanan "ESC-Songcheck” musiqi proqramının qalibi elan olunub.

Oxu.Azxəbər verir ki, hər həftə "Avroviziya” mahnı müsabiqəsininiştirakçılarının müzakirə olunduğu verilişdəSamirə ikinci yoxlanış mərhələsində birincilik qazanıb.

Verilişin aparıcıları Alina tərəfindən səkkiz, Stefan tərəfindən isə 15 xalla dəyərləndirilən S.Əfəndi"Kleopatra”mahnısı ilə on müğənnininyer aldığısiyahıdahəftənin qalibi seçilib.

Sözügedən layihədə səslərin 50 faizi sms-lə, qalan 50 faiziisə Alina ilə Stefan tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, dünyanı cənginə alan koronavirus pandemiyası səbəbi ilə65-ci "Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsi təxirə salınıb.Müsabiqə gələn il keçiriləcək.

AzərbaycanıRotterdamda (Niderland) "Avroviziya-2021” müsabiqəsindəS.Əfəndi təmsil edəcək.