adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əzizə İsmayılova: Onlar da bir ananın balasıdır

ƏZİZƏ İSMAYILOVA
79097 | 2020-05-09 09:17

Düşünürəm ki, hər məsələdə polislə vətəndaşı üz-üzə qoymaq polisin reputasiyasını zədələməkdən başqa bir şey deyil.

Mümkünsüz şeylərdə mümkün görüntüsü yaratmaq üçün yeganə vasitə polis olmamalıdır.

"Cərimələnəcəksən", çox dirəşsən "inzibati həbs alacaqsan" deyə-deyə onsuz da sinirləri zorlanan vətəndaşla asayiş keşikçilərini üz-göz salmaqla yürüməz bu işlər, cənablar.

Bacarırsınızsa İzah edin, inandırın. Biraz da siz özünüzü əziyyətə verin, lütfən. Hər şeyi polisin boynuna yıxıb vətəndaşa hədə-qorxu gəlmək variantı, ən kəsə və uğursuz yoldur- mənə görə.



P.S. Heç nəslimdə belə polis olan yoxdur. Amma karantin başlayandan nə zülmə qatlandıqlarını hər gün yollarda müşahidə edirəm, görürəm.Onlar da bir ananın balasıdır.

Baxıram, avtobusda maskasızları düşürmək-əmrini icra edirlər deyə, bayaqdan yenə hamı polisin ünvanına qara-qarğış tökməkdədir. Ona görə deməsəm olmazdı.

TƏQVİM / ARXİV