adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 May 2020 12:46
9216
GÜNDƏM
A- A+

190 manat üçün müraciət edənlərin çoxu onlara təklif edilən iş yerlərindən imtina edirlər

190 manat almaq üçün müraciət edən bir çox vətəndaşlar onlara təklif edilən ictimai iş yerlərindən imtina edirlər. Bu da onu göstərir ki, onların çoxunun gəliri var və bundan əlavə gəlir əldə etmək üçün müraciət edirlər.

Adalet.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Yeni TV” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 190 manatın verilməsi birdəfəlik ödəmədir və bu vəsaitin iki ay üçün verilməsi nəzərdə tutulub: "Bu vətəndaşa işsiz statusu verilərkən onlara iş də təklif edilir. 190 manat almaq üçün müraciət edən, amma imtina edən şəxslərin əmək bazarına cəlbi üçün fərdi mexanizmlər hazırlanıb. Bu gün işsiz şəxslərə 50 min ictimai iş yeri də təklif edilir”.