adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 May 2020 11:13
8845
GÜNDƏM
A- A+

6 yaşında Ağdamdan qaçan Aydın

6 yaşında Ağdamda evdən gizli qaçasan, yay düşərgəsinin uşaqlarına qoşulub bir avtobusa minəsən, adını eşitmədiyin, üzünü görmədiyin kənd və şəhərlərin içindən, dağların qoynundan keçə-keçə dünyanın ən hündür zirvəsinə qalxasan. Mənə hələ də elə gəlir ki, o zirvədən yuxarıda yalnız Tanrı var, başqa heç kim və heç nə. Sonra o zirvədə qulağına qaval səsi gələ, çönüb görəsən ki, 80-90 yaşda əldən düşmüş qoca bir kişidi. Ona tamaşa edən insanlardan pul alıb sifarişə uyğun nə gəldi oxuyur - muğam, hətta "Tansor disko"dan bir hind mahnısı belə. Sonra o qaval çalan kişiyə yaxın bir yerdə su içəsən. O dadda, o soyuqluqda suyu həmin gündən sonra bir də heç vaxt içməmişəm. Bir də içəcəmmi bilmirəm, ora gedə biləcəmmi, onu da bilmirəm.

Bildiyim bir şey var - Şuşa tək coğrafi olaraq deyil, elə mənəvi olaraq də bizim üçün həmişə zirvədə olacaq. Yenidən o zirvəyə getmək isə artıq bizim namus borcumuzdur.

Hələlik isə səndən ucada olan tək varlığa əmanət ol, gözəl şəhərim...