adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 May 2020 10:48
53685
ƏDƏBİYYAT
A- A+

Zəlimxan Yaqub: SİZİ QINAYIRAM, AY ŞUŞALILAR!!!

"...Sizi qınamıram, ay şuşalılar..."

Sizi qınayıram, ay şuşalılar,
Daha sizdən başqa kimə güc çatır?
Sizi satdığıyçün tutulmalılar,
Sizi satdığıyçün asılmalılar,
Vətəni, torpağı satdığı üçün,
Namusu, qeyrəti atdığı üçün
Ağzının içindən atılmalılar
Vətəni, torpağı yenə də satır,
Daha sizdən başqa kimə güc çatır?
Sizi qınayıram, ay şuşalılar!..

Sizi qınayıram, ay şuşalılar!..
Axı, ev-eşiksiz qalan sizsiniz,
Axı var-dövləti talan sizsiniz,
Gözləri yollarda qalan sizsiniz,
Beşillik əzabı yalan sizsiniz,
Axı yanan sizsiz, yaman sizsiniz.
Əlləri qoynunda, gözləri yoplda,
Ürək səksəskədə, başınız qalda,
Beləcə gözləyən, dözən sizsiniz,
Bu rəzil həyatdan bezən sizsiniz.

Allaha üz tutub yalvarmağın da,
Mənasız təriflə "gül vurmağ"ın da
Yoxdur bir mənası, inanın mənə,
Sizə üz tutaraq deyirəm yenə:
- Allah qarğımamış bizə heç zaman,
Bizi gül şəhərsiz, Şuşasız qoyan
İmansız bəndənin cinayətidir,
Papaqsız gədənin xəyanətidir.
Elə buna görə mənim haqqım var,
Sizi qınayıram, ay şuşalılar.

1993, Bakı.