adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 May 2020 10:41
14034
DÜNYA
A- A+

Belarusda prezident seçkilərinin tarixi açıqlanıb

Belarusda prezident seçkiləri bu il avqustun 8-də keçirilə bilər.

Adalet.az-ın məlumatına görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

Onun sözlərinə görə, seçkilərin həmin tarixdə keçirilməsi ilə bağlı Belarus hökuməti, seçki komissiyası və parlamentin Nümayəndələr palatasının ümumi razılığı əldə olunub.

Qeyd edək ki, bundan əvvəl Belarusda prezident seçkilərinin avqustun 30-dan gec olmayaraq keçiriləcəyi bildirilmişdi.