adalet.az header logo
  • Bakı 13°C
08 May 2020 10:31
41489
ƏDƏBİYYAT
A- A+

Aqil İman: Başımdan Şuşanın havası gedir































"Torpaqdan pay olmaz" deyən babalar,
Oyanın, qartallar yuvası gedir.
Gözümdən Laçının tökülən qanı,
Başımdan Şuşanın havası gedir.

Olsa danışardı, dili daşın da!
Min düyün gizlədib zirvə qaşında.
O köçün önündə, doxsan yaşında
Babamdı, əlində hasası gedir.

Dirilən ölüdü gorda Qarabağ,
Çırpınır balıqtək torda Qarabağ,
Kömək gözləsə də burda Qarabağ,
Bakıda vəzifə davası gedir.

Nə yaman bəd gəldi bu il may, İman,
İtdi xətir-hörmət, haqqı-say, İman,
Gözüm görə-görə torpaq, ay İman,
Çox uzun danışma, qısası, gedir.

May, 1992-ci il.