BİR GÜN...

İRADƏ TUNCAY
55507 | 2007-09-11 00:59

Hər hansı bir hadisəyə obyektiv qiymət vermək üçün müəyyən vaxt, zaman lazım olur. İllərin arxasından yaxın-uzaq keçmişimizə boylanıb olayları analiz eləmək, araşdırmaq asan olur, ya çətin? Yəqin ki, hər ikisi. Vaxt keçdikcə hər hansı bir hadisə unudulur, hər hansı faktsa daha qabarıq cizgilərlə xatırlanır. Bu gün 11 sentyabrdı, Amerikadakı hadisələrin ildönümü. Bu gün özlərini ən mütərəqqi, ən ağıllı, ən demokratik, ən ali irqin nümayəndələri hesab edən amerikalılar yenə o məşhur hadisələri xatırlayacaqlar. Amerikanın simvolu olan əkiz qüllələr dağılır, ətraf toz-dumana bürünür, insanlar panika içində o tərəf-bu tərəfə qaçışırlar. Amerika üçün qeyri-təbii görüntülərdir. Bura Yuqoslaviya deyil, İraq deyil, Fələstin deyil, hətta Qarabağ da deyil. Bura Amerikadı, kefi kök, damağı çağ Amerika. Yəqin ki, 200-dən çox yaşı olan Amerika dövlətinin, ərazisinə bir dənə də bomba düşməyən Amerika dövlətinin tarixində buna bənzər şok olmamışdı. 11 sentyabr çox mifləri dağıtdı.

TƏQVİM / ARXİV