adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2020 23:00
16096
DÜNYA
A- A+

Bu ölkədə beş mindən çox polis əməkdaşı koronavirusa yoluxub

ABŞ-da - Nyu-Yorkda 40-dan çox polis əməkdaşı COVID-19 pandemiyasından həyatını itirib.

Bu barədə ABC telekanalına müsahibəsində Nyu-York Polis İdarəsinin komissarı Dermot Şi məlumat verib.

D.Şi bildirib ki, təkcə ötən gün üç asayiş keşikçisi COVID-19-un qurbanı olub.

ABC telekanalının araşdırması nəticəsində məlum olub ki, ümumilikdəpolis əməkdaşları və polis idarələrinin mülki işçiləri arasında 5 300 şəxsin yeni növ koronavirus pandemiyasına yoluxduğu aşkar edilib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma sayına görə (1 263 224)siyahıda ilk yerdə qərarlaşıb.