adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2020 18:21
13205
DÜNYA
A- A+

Avropa İttifaqı institutlarında məsafədən iş mayın 25-dək uzadılıb

Belçika, Lüksemburq və İtaliyada Avropa İttifaqı institutlarının əməkdaşları mayın 25-dək məsafədən işi davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının nümayəndəsi deyib.

O bildirib ki, həmin ölkələrdəki vəziyyət nəzərə alınaraq mövcud tədbirlərin, o cümlədən məsafədən işləmək mayın 25-dək uzadılacaq.

Komissiya rəsmisi, əlavə edib ki, bu günədək Avropa Komissiyasının 61 əməkdaşı koronavirusa yoluxub.