adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 May 2020 10:00
40187
DÜNYA
A- A+

TÜRKİYƏNİN HALINI GÖZÜNÜZÜN QABAĞINA GƏTİRİN

Deməli, Türkiyədə həftənin son günləri (4 gün) küçəyə çıxmaq qəti qadağan edilir. Həftənin birinci günü isə hamı küçələrdədi. Nə maska taxırlar, nə də ara məsafəsini gözləyilər. Alış-veriş mərkəzləri də işləyir.

Nəticədə son bir həftədə xəstələnənlərin sayı iki dəfə artıb. Əgər bir həftə əvvəl bir gündə 1600 nəfərdə koronavirus aşkar edilirdisə, indi isə gündə 2800 nəfərdə bu xəstəlik aşkar edilib. Bunların səbəbi təbii ki, kurallara uymamaqdı.

İndi bizdə də yumşalma başlayandan çöl-bayır dolub-daşır. İşi olan da, olmayan da küçələrdədi.

Ay əmioğlu, ay dayıoğlu, ay xalaoğlu, ay əmi, dayı, vacib işin yoxdusa, çöldə-bayırda nə gəzirsən? Və özünə zülm edirsən, qanunları da pozursan. Belə getsə, koronavirusun yayılma ərazisi genişlənər və hökumət məcbur olub növbəti yumşalmaya getməz.

Evdə qal deyirlər, evdə qal da! Çölə qoz-fındıq tökülməyib ey, koronavirus tökülüb.