adalet.az header logo
  • Bakı 20°C
11 May 2020 09:55
52452
ŞOU-BİZNES
A- A+

Rusiyal həmyerlimiz: blogger, iş adamı Hüseyn Həsənov ilanlarla vannada...

Rusiyada yaşayıb, orada blogerlik fəaliyyəti ilə məşğul olanəslən azəbaycanlı iş adamı Hüseyn Həsənov hərəkəti ilə izləyicilərini qəzəbləndirib, sevənlərini isə məyus etmişdi.

Məsələ belə olmuşdu...

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, Rusiyada da dövlət orqanları tərəfindən xüsusi karantin rejimi tətbiq edilməsinə rəğmən, gənclərin sevimlisi və kumiri Hüseyn şəhər marketlərininbirindən alış-veriş etdikdən sonra ayaqüstü fanatları ilə görüşüb.

Dəbdəbəli qırmızı rəngli "Gelandewagen” markalı avtomobilinə doğru addımlayan Həsənova50 nəfərə yaxın pərəştişkarı yaxınlaşıb, şəkil çəkdirmək üçün hücum ediblər. Azərbaycanlı blogerin köməyinəiki ucaboylu cangüdəni gəlib. Cangüdənlər Hüseyni fanatlarından ayırmaq istəsələr də, cəhdləri boşa çıxıb. Bunu görən Hüseyn Həsənov onlara bu sevgiyə görə minnətdarlığını bildirərək, avtomobilinə əyləşib.



Məşhurun bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar təhlükə saçan virusun sürətləyayıldığı bir vaxtda H.Həsənovun maskasız və əlcəksiz küçəyə çıxaraqgəzməsini tənqid ediblər.İzləyicilər Hüseyn Həsənovun bu hərəkətinin yolverilməz olduğunu yazaraq, onun ətrafına yığışan gənclərə pis örnək olduğunu bildiriblər.

Qeyd edək ki, HüseynRusiyada anadan olub, amma azərbaycanlıdır. Blogerlik fəaliyyəti ilə məşğul olan Həsənovhazırda sahib olduqlarına görə elə özünə borcludur. O,Rusiyada ən populyar blogerlərdən biridir.

Onun 13 milyondan çox "Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir.

Hüseyn restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.

Bu gün Hüseyn Həsənov ağlasığmaz addımı ilə izləyiciləri şoka salıb.

Adalet.az xəbər verir, "ilanın ağına da, qarasına da lənət” deyən Hüseyn lüks evində ilanlarla birgə vannaya girib.

Həsənovun təhlükəli addım atmasına səbəbisə "Dava” ləqəbli erməni bloqeri David Manukyanla aralarında keçirilən müsabiqə olub. Beləcə Hüseynin qorxduğu başına gəlib. Ağzına dəsmal alan azərbaycanlı bloger "şir ürəyi yeyib”, iri və kiçikölçülü sürünənlərlə vannada bir neçə dəqiqə uzanmaq məcburiyyətində qalıb.

Qorxduğundan rəng verib rəng alan Həsənovun hətta halı da pisləşib. Hələ bu azmış kimi, kiçik ilanlardan biri blogerin köynəyinin qol hissəsi tərəfindən içəri girib. Bu anda isə Hüseyn qışqırmağa başlayıb. Erməni həmkarının təklifini qəbul edib, oyundan üzüağ, alnıaçıq çıxan H.Həsənov kiçik bir ilanın vannadan yoxa çıxdığını bildirib.

Azərbaycanlı bloger Moskvanın ən bahalı və dəbdəbəli məkanların birində aldığı mənzildə bu hadisəsədən sonra yarızarafat-yarıciddi yaşamayacağını dilə gətirib.

Həmyerlimizə uğurlar arzulayırıq!

Əntiqə Rəşid