adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 May 2020 08:40
29564
ŞOU-BİZNES
A- A+

Oğluna prezidentin oğlunun adını qoyan Alişandan xəbər var...

İki il əvvəl Türkiyənin məşhur aparıcısı Esra Erolun bacısı Eda Erolla nişanı pozulan Alişan özünə yeni sevgili tapdı və və onunla sürpriz şəkildə ailə qurdu. Yeri gəlmişdən bu ailənin bir oğul övladı da dünyaya gəlib. O vaxt körpələrinin cinsiyyətini böyük sevinclə öyrənən Alişan-Busə Varol cütlüyü oğullarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük oğlu Burak Ərdoğanın adını qoyacaqlarını bildirmişdilər..

Yadınızdadırsa, müğənni Alişanın evlənməsi üçün səfərbər olan sənət və siyasət dünyasından ən böyük dəstək prezident Ərdoğandan gəlmişdi. May ayında baş tutan cütlüyün toyuna Rəcəb Tayyib Ərdoğan qatılmışdı. Nikah mərasiminə isə prezident xanımı Əminə Ərdoğanla qatılmışdı. Alişan-Busə cütlüyünün nikahına Rəcəb Tayyib Ərdoğan və Daxili İşlər Naziri Süleyman Soylu şahidlik etmişdi. Bununla da müğənni gec də olsa 2016-cı ildə prezidentə verdiyi sözü icra etmiş olub.


Doğulacaq körpələrinin cinsiyyətini öyrənən Alişan-Busə cütlüyünün körpələrinə onları xoş günündə tək qoymayan prezident Rəcəb Tayyib Ərdoğanın böyük oğlu Burak Ərdoğanın adını qoyacaqları bəlli olub. Hazırda balaca Burakın bir yaşı var.

Alişan Busə Varolla evliliklərinin ikinci ildönümü münasibətilə paylaşım edib.

Adalet.az xəbər verir ki, sevilən müğənni toy günlərindən bir fotonu "Instagram” hesabında paylaşıb.


"Xəyallarıma qovuşduğum, sevdiyimi aldığım, ailə qurduğum, evləndiyim gün bugündür... Evlənəndə söz verdiyim kimi, xəstəlikdə, sağlıqda - bir ömür boyu, inşallah, sən və mən. Səni çox sevirəm, xanımım... Burak sənin kimi bir anaya, mən də sənin kimi bir həyat yoldaşına sahib olduğumuz üçün çox şanslıyıq... Birlikdə, sağlıqla, xoşbəxtliklə çoxalaraq neçə gözəl illərimiz olsun, inşallah”, - Alişan romantik paylaşımını bu sözlərlə şərhedib.

Əntiqə Rəşid