adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 May 2020 08:47
58618
ŞOU-BİZNES
A- A+

İnanılmaz dəyişim: Adel 45 kiloqram çəki atdı...

Ötən il dünyaca məşhur müğənni Adel səkkiz ildir bir yaşadığı, iki il əvvəl evləndiyi Simon Koneckidən boşandı. beş aydır davam edən məhkəmə çəkişməsi də başa çatdı.

Prosesin uzun çəkməsinə səbəb 140 milyon sterlinq sərvəti olan Adellə mülk paylaşımı zamanı yaranan problemlərdir. Məsələni həll edən tanınmış cütlük rəsmi olaraq münasibətlərinə nöqtə qoyub. Adel və Simonun Angelo adlı bir qızı var.

Müğənni boşandıqdan sonar idmanla sıx-sıx məşğul olub. Xeyli çəki ataraq dünya mətbuatının gündəminə düşən məşhur müğənni Adel Lori Blu Edkins yeni görkəmi ilə diqqətləri üzərinə cəmləyib.


Adalet.az xəbər verir ki, düz 45 kiloqram çəki ataraq, incə ədən formasına nail olan dünya ulduzu çəkdirdiyi son fotosu ilə izləyiciləri heyrətləndirib.

Pəhriz və intensiv idman məşqləri ilə inanılmaz olsa da,real nəticə verib. 32 yaşlı Adel səsi və performansı ilə deyil, atdığı artıq çəkilərlə dillərə düşüb.

Əntiqə Rəşid