adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 May 2020 18:00
10384
GÜNDƏM
A- A+

Azərbaycanda 10 mindən çox tibb işçisi əlavə artımlar alıb

Azərbaycanda 10 mindən çox tibb işçisi əlavə artımlar alıb.

Adalet.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərləri əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşür: "Bir gün əlavə işə çıxanlar belə düşünür ki, onlara bir aylıq əlavə əməkhaqqı veriləcək, amma bu, belə deyil. Mart ayı üçün 9 483 tibb işçisi, 1 043 qeyri-tibb işçisinə əlavələr ödənilib. Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb işçisi əlavə artımlar alıb".