adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 May 2020 16:34
10727
GÜNDƏM
A- A+

Xızı Rayon İcra Hakimiyyətinin başçısı video konfrans formatında müşavirə keçirib

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə video konfrans formatında müşavirə keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirə salınmaz tədbirlər, tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində aparılan tibbi-profilaktik dezinfeksiya işləri, ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs etməklə, rayonda bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Xəzər Aslanov çıxışında xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabinetiyanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn məsələlərə toxunaraq, yeni qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılmasını bildirib.

Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıdaduran vəzifələrləbağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonda Nazirlər Kabinetiyanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.