adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 May 2020 14:11
10589
GÜNDƏM
A- A+

ALLAH SİZİ QORUSUN!

Mən təqaüddə olan yaşlı bir qadınam. Uzun müddət toxuculuq sahəsində çalışmışam. Sovet dönəminin tanınmış müəssisələrindən olan Volodarski adına fabrikdə işləmişəm. Öz əməyimin bəhrəsinin mükafatını da almışam, bu gün də təqaüdlə yaşayıram. Heç kimdən də fərdi bir istəyim, təmənnam yoxdur. Sadəcə, bir zəhmət adamı, bir qadın kimi içimdə bir azrum var, onu Prezidentimə çatdırmaq istəyirəm.

Əziz Prezidentim! 

Cənab İlham Əliyev! Sizin həyata keçirdiyiniz tədbirlər, gördüyünüz işlər mənim ömrümü uzadır, ürəyimi dağa döndərir. Siz bizi düşünür, xalqımız üçün çalışırsınız. Hər bir qərarınız ancaq Azərbaycana xidmətdən xəbər verir. Buna görə, bir ana kimi Sizə təşəkkür edir, Sizə sonsuz minnətdarlığımı bildirirəm. Ən böyük arzum nə vaxtsa həyatda sizi görüb, bir ana kimi bağrıma sıxmaqdır! Var olun! Çox şükür ki, Siz bizim Prezidentimizsiniz!

Nazilə Manaf qızı İsmayılova

Təqaüdçü, Bakı şəhər, Nəsimi rayonu, Hüseybala Əliyev küçəsi, ev 3