adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 May 2020 13:28
49213
ƏDƏBİYYAT
A- A+

MƏKANIN CƏNNƏT OLSUN, FƏRQANƏ! - Vasif Süleyman yazır




















MƏKANIN CƏNNƏT OLSUN, FƏRQANƏ!
BU GÜN CANINDAN ARTIQ SEVDİYİ TORPAQLA NƏFƏS-NƏFƏSƏ DAYANAN AZƏRBAYCANIN ƏVƏZSİZ ŞAİRİ FƏRQANƏ MEHDİYEVAYA

Günahdı, günahsız xatirələri,
İzlərin əlindən almaq, günahdı.
Dünyanı oynadan gözəllikləri,
Gözlərin əlindən almaq, günahdı.

Hanı, ürəklərin istisi, hanı,
Baxtdan eləməzlər baxtdan olanı.
Bir kimsə bizim tək sevməz, dünyanı,
Bizlərin əlindən almaq, günahdı.

Ürəyin sözdədi, söz ürəyində,
Bu atəş, bu alov, köz ürəyində.
Eh, nələr keçirsə, qız ürəyindən,
Qızların əlindən almaq, günahdı.

Dünyada hamının istəyi yarı,
Bu yarı istəyi qoruyaq barı.
Sözlərin başına dolananları,
Sözlərin əlindən almaq günahdı.