adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 May 2020 11:20
37804
KRİMİNAL
A- A+

Bakıda üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb

Üzərində qanunsuz olaraq "Makarov” markalı tapança gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev t utulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramin Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.