adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 May 2020 09:55
34259
ŞOU-BİZNES
A- A+

“Rusalka”Aygündən seksual pozlar: “Ehtiraslı qadınsan”

Ötən günlərin birində "Rusalka” (Su pərisi) ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Aygün sosial media hesabında ondan davamlı şəkildə köməkistəyən şəxslərisərt şəkildə tənqid edərək, qalmaqallı videomüraciət etmişdi:

"Bir dəqiqə olsun ara vermədən yazırlar ki, mənə kömək edin. Niyə sizə yardım etməliyəm ki? Evinizdəki kişilər zamanında gedib işləyib, gətirərdilər də… Oramı-buramı açacağam, onu-bunu yedizdirəcəyəm…Hələ utanmaz-utanmaz burada ağızlarına gələniyazırlar. Xeyir ola, mənim sizə borcum var? Canınız çıxsın, oturduğunuz isti yerdən durub, əziyyət çəkib işləyərdiniz. Mənim kimi qışda, soyuq havada gedib restoranlarda rəqs edərdiniz…Namusunuzu, qeyrətinizi qoruyub saxlayırsınız, bizim adımıza isə ləkə yaxırsınız. Hələ arsız-arsız məndən yardım istəyirsiniz. Yazıbməndən kömək istəməyin. Heç kimə borcum yoxdur. Sizə üz verdikcə, astar istəyirsiniz. Bir dəfə kömək edirsən, sonra yazılar ki, yenə də yardım et. Sizin dədənizə borcum var? Niyə övladımın boğazından kəsib, sizə kömək etməliyəm? O qədər imkanlı müğənnilər var, onlar sizə yardım etsin. Müğənnilər 5 000 manata toya gedir, mən isə cəmi 300 manata. Sizin əlinizdən bezmişəm. Özünüzü dilənçi kimi aparırsınız. Sosial şəbəkədə yazıb dayanmadan kömək istəyirsiniz. Dilənçiliyin yeni növünü tapmısınız. Utanın, ar olsun sizə! Kasıb günləri mən də yaşamışam. Amma sizin kimi dilənçiləklə məşğul olmamışam. Gedin vəzifədə oturanlardan pul istəyin”



Bu dəfə isə "Rusalka” (Su pərisi) Aygün yeni, cazibədar fotosessiyası ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, qalmaqallı açıqlamaları ilə tez-tez gündəmin mərkəzinə düşən rəqqasə leopard printli parlaq dəri gödəkcədə seksual pozlar verib.

Obyektiv qarşısına keçən Aygün dərin sinə dekoltesi ilə əks cinsin nümayəndələrinin ağlını başından alıb.

Sosial media hesabında fotosessiyadanşəkillərini paylaşan rəqqasəyə izləyicilər"Ehtiraslı qadınsan”, "Gözəlliyinin qədrini bil”, "Gözəl bədən quruluşun var” kimi rəylər yazıblar."

Rusalka” şərhləri cavabsız qoyub.

Əntiqə Rəşid