adalet.az header logo
  • Bakı 20°C
05 May 2020 20:01
15013
İDMAN
A- A+

Teymur Rəcəbov Millətlər Kubokunda mübarizəyə heç-heçə ilə başladı

Bu gün şahmat üzrə onlayn Millətlər Kubokuna start verilib. Teymur Kubokda mübarizəyə heç-heçə ilə başlayıb.

Trend xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandasına məğlub olub. Belə ki, dünya yığmasının heyətində mübarizə aparan T.Rəcəbov və FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca çinli rəqibləri ilə qarşılaşmanı heç-heçə başa vurublar. Komandanın digər üzvləri misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk mübarizədən məğlub ayrılıblar.

Turun digər oyunlarında Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.