adalet.az header logo
  • Bakı 19°C
05 May 2020 23:11
86758
TEXNOLOGİYA
A- A+

Sakinlərin internet şəbəkəsinin yoxluğu ilə bağlı şikayətinə RƏSMİ CAVAB

Son günlər sosial şəbəkədə internet problemi ilə əlaqədar müxtəlif şikayətlər paylaşılır. Budəfəki şikayət isə internet şəbəkəsinin ümumiyyətlə olmamasındandır.

Oxu.Azxəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Vətəndaş iddia edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində sakinlər internet xətti çəkdirə bilmir.

Ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Bu ərəfələrdə evdə qalan insanların daha çox internetdən istifadə etdiklərini nəzərə alsaq, bu kimi problemlərin həlli üçün operativ tədbirlərin görülməsi zəruridir.

Oxu.Azməsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, qurumun "Aztelekom” MMC xidməti ərazilərdə bir sıra infrastrukturlayihələri həyata keçirir:

"Yeni yaşayış yerlərinin telefonlaşdırılması, nömrə tutumunun artırılması və yenidənqurmaistiqamətində Abşeron rayonunda da işlər görülür. Layihə çərçivəsində Abşeron rayonu şəhər, kənd və qəsəbələrinin, yeni yaşayış massivlərinin kabelləşdirilməsi məqsədilə GPON layihəsi hazırlanıb.

Mehdiabad qəsəbəsi, Sülh küçəsisakinlərinin mənzillərinə telefon və internetin çəkilişi müraciətlərinə cavab olaraq bildiririk ki, sözügedən layihə əsasındaqəsəbədədörd istiqamət üzrə xətt şəbəkəsinin tikintisi nəzərdə tutulub. Sülh küçəsi istiqamətində xətt şəbəkəsi magistralxəttiquraşdırılıb, fiber-optik kabel çəkilib. Sakinləri telekommunikasiya xidmətləri ilə təmin etmək üçün tikinti-quraşdırma işləri davam etdirilir”.