adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2020 20:00
14167
İDMAN
A- A+

İngiltərə Premyer Liqasının oyunları 90 dəqiqədən az oynanıla bilər

İngiltərə Peşəkar Futbol Assosiyasiyasının rəhbəri Qordon Teylor bildirib ki, İngiltərə Premyer Liqasının qarşılaşmaları 90 dəqiqədən az oynanıla bilər.

"The Sun” nəşri yazır ki, bu barədə Q.Teylor "BBC Radio 4”ə müsahibəsində söyləyib.

"2019-20-ci illər mövsümünün yerdə qalan oyunları bağlı qapılar arxasında və neytral meydançalarda keçirilə bilər. Mümkündür ki, oyunlarda hər iki hissə 45 dəqiqədən az oynanılsın. İndiki halda Premyer Liqa klubları futbol matçlarının bərpa olunması üçün hər şey etməyə hazırdır”.

Qeyd edək ki, ilkin məlumatlara görə, İngiltərə Premyer Liqasının oyunları iyunun 13-də bərpa oluna bilər.