adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 May 2020 19:00
47183
KRİMİNAL
A- A+

Psixotrop həb qəbul edib qonşusunu öldürdü - VİDEO

2019-cu il aprelin 6-da Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında aldığı bıçaq xəsarətlərindən şəhər sakini 27 yaşlı Etibar Cavadov vəfat edib.

İstintaqla müəyyən edilib ki, aprelin 6-sı saat 20 radələrində Əhməd Yaqubov yaşadığı evin yaxınlığında qonşuları Etibar Cavadov və Bəhlul Mirzəliyevlə rastlaşdıqdaəsaslı səbəb olmadan onları təhqir edib. Üzərindəki mətbəx bıçağı ilə qəflətən E.Cavadova iki dəfə zərbə endirərək ona xəsarət yetirib.

Ə.Yaqubov bildirib ki, son zamanlar yuxusu pozulduğu üçün və onda psixi gərginlik yarandığından xəstəxanaya müraciət edib, həkim tərəfindən ona güclü təsiredici və sakitləşdirici dərmanlar yazılıb.

Həmin gün sakitləşmək məqsədi ilə həkimin yazdığı kimi bir deyil, səkkiz həb dərman qəbul edib.

Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə görə, Əhməd Yaqubov cinayət əməlini törətdikdən sonra həbsdə və istintaq təcridxanasında saxlanıldığı müddət ərzində onda "Paranoid şizofreniya” formasında psixi xəstəliyin kəskinləşməsi baş verib. Buna görə də o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Ə.Yaqubov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin.