adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 May 2020 09:42
36215
ŞOU-BİZNES
A- A+

Aktrisa Xuraman Əlizadə: “Qurtlu və paxıl insanlarda qıcıq yaradıram”

Yadınızda olarsa, ötən illərdə aktrisa və aparıcı Xuraman Əlizadə ilə bağlı mediada belə bir xəbər yayılmışdı:

"Hər ikimiz ailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kəsin ailəsini dağıtmayıb”

Bu haqda nikahsız hamiləliyi ilə qınaq obyektinə çevrilən aktrisa və aparıcı Xuraman Əlizadə haqqında danışılanlara sosial şəbəkədən münasibət bildirərkən deyib. Belə ki, aktrisa onu ittiham edənlərə sərt mesaj göndərib: "Bu haqda yəqin ki, efirdən danışacam. Lakin zaman keçdikdən sonra. Övladım nikahdan kənar doğulacaq ya yox, vaxtı gələndə hər kəsə sübut edəcəm. Məni ittiham edənlərə, haqqında xoşagəlməz fikirlər yazanlara rəsmi nikahımızı və dini nikahımızı göstərəcəm. Təbiətən davakar insan deyiləm, amma səbrim də müəyyən yerə qədərdir.. Heç kimin bir başqasının hisslərilə oynamağa haqqı çatmır. Allaha xatirinə, bəsdirin”-, deyən X.Əlizadə sənətdə ilk addımarını atdığı vaxtdan indiyədək şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini, bu açıqlamanı isə məcburən verdiyini vurğulayıb: "Şəxsi həyatımı qapalı yaşayanlardanam. Heç vaxt bu barədə danışmaq istəməzdim. Lakin buna məcbur edirlər. Səhifəmdə ağzına, ağlına gələn fikirləri yazanlara söyləyirəm. Ola bilsin, artıq kilolarım məni yaşımdan artıq göstərir, amma məlumunuz olsun ki, anam məni 1981-ci ildə dünyaya gətirib. Ailə qurmağıma gəldikdə isə, bəli, özümdən 5 yaş kiçik insanla ailə qurmuşam. Bir şeyi bilmənizi istərdim. Hər ikimiz ailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kimin ailəsini dağıtmayıb. Hər ikimizin ailələri arasında qohumluq əlaqələri var. Qohum kimi gediş-gəlişimizim, hörmətimiz var. Toyumuz olmayıb. Əsas hər iki tərəfin razılığı ilə rəsmi nikaha girmişik, dini nikah kəsdirmişik. Vəssalam! Toyumuzun olmamağına gəldikdə isə, məgər təmtəraqla toy çaldırıb ayrılanlar azdır? Xoşbəxtlik nə kağıza baxır, nə də toya”. Aktrisa haqqında xoşagəlməz ifadələr yazaraq, onu qınayanlarada münasibət bildirib: "Utanın, boş-boş yazmaqla nə əldə edirsiz? Mən aktrisayam, kimə maraqlıyamsa, tamaşalarıma baxsın və fikrini bildirsin”. Xuraman Əlizadə dünyaya gələcək körpəsinin atasını sosial şəbəkə vasitəsilə ictimaiyyətə təqdim edib: "Bu insanla ailə qurmuşuq və inşaallah başa kimi olar. Barəmizdə xoşagəlməz sözlər yazanlar, əslində, bizim bir-birimizə daha da möhkəm bağlanmamıza stimul yaradırlar”.

"Qurtlu və paxıl insanlarda qıcıq yaradıram”

Adalet.az xəbər verir ki, bu sözləri ARB TV-nin "Elgizlə İzlə” verilişində qonaq olan aktrisa Xuraman Əlizadə deyib:

"Kilolu olmağım, özümdən 5-6 yaş kiçik biri ilə ailə qurmağım, xüsusilə xanımlarda qıcıq yaradır. Deyirlər ki, bunun yaşı keçib, kilolu ola-ola ərə getdi, mənim yaşım, çəkim normal bizi niyə alan yoxdur? Düşünürəm ki, bu tərəfdən qurtlu və paxıl insanlarda qıcıq yaradıram”.

Əntiqə Rəşid