adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 May 2020 20:38
35162
İQTİSADİYYAT
A- A+

Avrozonanın böhrandan çıxma müddəti açıqlandı

Avropa Mərkəzi Bankının (ECB) baş iqtisadçısı Filip Leyn bildirib ki, COVID-19 pandemiyası nəticəsində yaranan "görünməmiş və ağır şok”dan tam qurtulmaq üçün üç il tələb oluna bilər.

"İnterfaks” xəbər verir ki, ECB-nin bu gün açıqlanan rəsmi proqnozu 2020-ci ildə Avrozonada ÜDM-nin 5,5% azalacağını bildirir.

Bununla yanaşı, ECB sədri Kristin Laqard 30 aprel görüşündən sonra keçirilən mətbuat konfransında AvrozonadaÜDM-nin builki enişinin 5-12% arasında dəyişə biləcəyini deyib.

Leynə görə, bu il iqtisadiyyatda 1% azalma nəzərdə tutan ECB-nin ən sərt ssenarisinin həyata keçiriləcəyi təqdirdə, ÜDM 2023-cü ilə qədər 2019-cu ilin sonundakı səviyyəyə qayıtmayacaq.

ECB-nin orta ssenarisinə görə, bu il avrozonada ÜDM-nin enişi 8% olacaq. Yalnız mülayim ssenari (ÜDM-in 5% azalması) vəziyyətində Avrozona iqtisadiyyatı 2021-ci ilin ortalarına qədər tam bərpa oluna bilər.

Koronavirus pandemiyasından yaranan böhranın miqyası və müddəti, bağlanmaların nə qədər davam etməsindən, iqtisadiyyatın müxtəlif sahələrinə necə təsir etməsindən və iqtisadi fəaliyyətin normallaşmasının nə qədər sürətli olacağından asılı olacaq.(oxu.az)