adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 May 2020 17:46
9415
GÜNDƏM
A- A+

Avtobus kartlarına onlayn ödəmə ilə bağlı işlər aparılır

Bakıdakı bütün sərnişin avtobuslarında gediş haqqının karta ödənilməsi təmin edildikdən sonra kartlara onlayn ödəmə mümkün olacaq.

Adalet.az-ın məlumatına görə, bunu Nazirlər Kabinrti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər görülür:

"Biz planlaşdırmışıq ki, Bakıda bütün sərnişin avtobusları kart sisteminə keçəndən sonra bu məsələ reallaşacaq. Hazırla avtobusların kartla ödənişə keçməsi ilə bağlı iş gedir".