DEYƏSƏN, KORONAVİRUS DA RÜŞVƏT ALIR EY
Deməli, tez-tez mətbuatda oxuyuruq ki, filan ölkənin baş naziri, filan ölkənin kraliçası, filan ölkənin prezidenti, naziri, dünyanın ən ünlü adamları (ünlü deyəndə, ən varlı adamları) bu xəstəliyə yoluxur. Elə bu günlərdə Rusiyanın baş naziri də xəstələndi. Amma sonra da oxuyuruq ki, onların hamısı sağalıb qayıdıblar işlərinin başına. Amma yetim-yesir, yazıq-yuzuq qırılıb gedir.
Allaha şükür, bizdə hələ ki yüksək vəzifəli şəxslər, ünlü və varlı adamlarla koronavirus məşğul olmur.
Son zamanlar onlarla DTX məşğul olur.