adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2020 13:47
60966
GÜNDƏM
A- A+

YARALI AĞDAM HAQQINDA YARARSIZ FİLM - Qurban BAYRAMOV yazır

Ağdam haqqında 2-hissədən ibarət sənədli filmə baxdım. Olduqca yaxşı filmdir. Ağdamın tarixi, keçilən yollar, bu günü yaxşı əksini tapıbdır. Yaradıcı heyətə, sissenari müəllifi və aparıcı Firuzə xanım Nadirə təşəkkürümü bildirirəm. Bir Ağdamlı kimi həm qürurlandım, həm də göz yaşımı içimə tökdüm...

Lakin, bir tənqidi qeydimi, özü də ciddi tənqidi bildirmək istərdim. Çox təssüf ki, bu iki hissəli filmdə Ağdamın ziyalıları, yazıçı və şairləri, alimləri əksini tapmayıbdır.Danışan alim, yazıçı, şair də bunun üstündən keçiblər. Ağdam torpağı təkcə sovet dönəmində Azərbaycana çox görkəmli alimlər, yazıçılar, şairlər, sənət adamları veribdir.. Ağdam Azərbaycana akademiklərdən - Ziyəddin Göyüşov kimi filosof-estetik, Adilə Namazova kimi uşaq həkimi, dünya şöhrətli alim, Lütfizadənin elmi varisi, akademik Rafiq Əliyevi veribdir. Xudu Məmmədov kimi dünyda məşhur alim Ağdamın "Çay evinə" görə xatırlanır... Ağdamın ilk Xalq yazıçısı Bayram Bayramov, ünlü şairimiz, həm də filoloq alimimiz, professor Famil Mehdi, Çingiz Aytmatovun dostu, çox istedalı şair Şahmar Əkbərzadə, Ramiz Məmmədzadə, Zaqafqaziyada adla deyilən professor-psixoloq, Əməkdar Elm Xadimi Əkbər Bayramov (xatırladım ki, 91-lərdəndir), sovet dönəminin ilk Əməkdar jurnalisti Cahangir Gözəlov, "Qaynana" komediyasının müəllifi, haqqı oğurlanan Məcid Şamxalov, hamının sevimlisi Əlfi Qasımov, ilk arxeoloq, prof. Rəşid Göyüşov kimi neçə-neçə alimlərimiz, sənət adamlarımız, yazıçı və şairlərimiz nədənsə xatırlanmır... Hələ Müstəqillik illəri dövründə ədəbi-elmi sahədə yetişən xadimlərimizi demirəm...

Ağdam təkçə "toy evi" deyil, həm də mütəfəkkirlər evidir... Bu sahə gərək unudulmamlıydı... Ədəbi-mədəni mühit bütöv verilməlidir...

Xatırladım ki, "Qarabağın ədəbi-mədəni mühiti -- uzaq keçmişdən, bu günümüzə qədər" adında, bu sahədə ilk məqalə-tədqiqat müəllifi kimi, mən belə düşünürəm!!.