adalet.az header logo
  • Bakı 20°C
05 May 2020 09:14
63879
ŞOU-BİZNES
A- A+

İmicin sahibi Röyadır! - Natavana zərbə! Səidəyə “sus”!

Son günlər dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanın imici üzərində etdiyi 180 dərəcəlik dəyişimi izləyicilər tərəfindən heyrətlə qarşılanıb və hazırda ən qalmaqallı mövzulardan birinə cevrilib.

Adalet.az xəbər verir ki, bir neçə gün sonra isə stilist Gusik Simonun müğənni Natavan Həbibinin qısa saçlarını parik vasitəsi ilə uzadaraq, dalğavari etməsi Röyanın yeni imicinin birə-bir oxşarlıq olması diqqətdən yayınmayıb.

Hərçənd, Natavan Həbibi sosial media hesabında bu mövzuda yayılan şaiələrin əsassız olduğunu və Röyadan daha öncə etməsini yazsa da, onun bu addımı sosial şəbəkə istifadəçiləri tərfindən birmənalı qarşılanmayıb. Onlar Həbibini Xalq artistini təkrarlamaqda günahlandırıblar.

Natavan, Səidə...Röyaya qarşı kompromis?

Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında gedən imic qalmaqalına bu dəfə Səidə Sultan da qoşulub.


Natavan yeni klipi üçün saçlarını qaynaqla uzadıb. Röya isə yeni fotosessiyası üçün saçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Səidə isə Röyanın onun bir neçə ay əvvəl etdirdiyi fotosessiyasını təkrarladığını iddia edib.

Natavan və Röya hər gün İnstaqramda hekayə bölümündə yeni bir foto yayımlayaraq tarix yazaraq, ilk özünün bu addımı atdığını iddia etməyə çalışıb.
Bu dəfə isə Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlayıb. O, paylaşımına "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir" sözlərini yazıb.

Natavan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq" şərhini qeyd edib.

Məsələ əslində necədir?


Qalmaqallı məsələyə Anar Ağakişiyev ATV-də yayımlanan "Birlikdə güclüyük” səhər şousunda qonaq olarkən geniş şəkildə aydınlıq gətirib.

Dünya şöhrətli stilist qarşı tərəfin "Bu imici birinci biz etmişik” iddialarını canlı efirdə yalanlayıb:


"Əslində heç istəməzdim bu cür cılız qalmaqal haqqında danışım. Heç ürəyimcə olmadı bu cür müqayisə. Təklif Röya Ayxandan gəldi. Karantin zamanısöylədi ki, yeni fotosessiya etmək istəyirəm. Cavab olaraq dedim ki, yeni imic dəyişikliyi üçün bir az düşünməliyəm. Röya o müddətdə geyim seçimlərini və digərləriniözü etmişdi. Bir tək qalmışdısaç və makiyaj. Karantində saçla bağlı bir az əziyyət çəkdim, çünki onların satıldığı mağazalar bağlı idi. Mən də bu niyyətlə həmkarlarımdan birinə (Gusik Simon - red.) müraciət etdim. O da məmnuniyyətlə pariki tapıb mənə verdi.

Amma həmkarımdan saç istəməyimə görə çox peşmanlıq çəkdim. Çünki 21 apreldə ondan alıb pariki Röyanın saçlarına taxıb, fotosessiyanıetdik. Həmkarım 25 aprel tarixində bizdən sonra Natavanın saçlarına həmin pariki taxaraq, çəkilişdə istifadə edib. İstəyirdilər ki, bu məsələni elə fırlatsınlar ki, guya biz onlardan sonra etmişik. Xırda, cılız və gülməli qalmaqaldır.

Natavanın hər zaman uzun saçları olub. Röyadan sonra dünya ulduzu Rihanna saçlarını uzadaraq, eyni saç düzümündə kamera önünə keçib. Onda belə çıxır ki, Rihanna Röyadan oğurlayıb? Çox gülməlidir. Belə bir şeylər etməyə heç gərək yox idi.

Qarşı tərəf sözlərimdən incisinvə ya inciməsin. Röya ilə Natavan arasında bənzərlik sıfıra bərabərdir. Xalq artisti Roya Ayxan ilə fotosessiyanı ilk biz təqdim etdik. Amma hər iki ulduza taxılan parik eynidir. Qarşı tərəf bunu bilib, etməməli idi”.

Müğənni Günay İbrahimlidən addım ...

Müğənni imicini dəyişdikdən sonra stilində də yenilik edib.

Günay İbrahimli də həmkarı Röya Ayxanı görüb həvəslənərək stilində yenilik edib. Belə ki, o, sosial media hesabında paylaşdığı fotoda topik geyərək göbəyi aşıq görüntülənib.
Foto izləyicilər tərəfindən bəyənilərək şərh atəşinə tutulub.

İmic qalmaqalına da belə son qoyuldu.

Əntiqə Rəşid