Yenə də karantin, yenə də qalmaqal, yenə də ittihamlar...
Baxmayaraq ki. Karantin rejimi davam edir, şou-biznesin gündəmi hər gün yenilənir yeni qamaqallar, yeni atmacalar, yeni ismarıclar, yeni ittihamlar dövriyyəddir. Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, teleaparıcı Ranar Musayev "MTV Azərbaycan” televiziyasında yayımlanan "Söhbətsiz” proqramında qonaq olarkən Xəzər TV-nin əsas siması, "Səni axtarıram” sosial-ictimai verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı haqqında qalmaqallı açıqlama verib.
Adaet.az xəbər verir ki, proqramın aparıcısı Samir Bayramlı "Adını çəkəcəyim teleaparıcılar haqqında şərh bildirin” sualı ilə Ranara müraciət edib.
Samir Xoşqədəm Hidayətqızının adını çəkər-çəkməz Ranar bu sözləri dilinə gətirib: "Şərh bildirmək istəmirəm. Amma şərh var... Bir aparıcı ki, qonağına "Dimedrol” iynə vurdurur ki, onun ayaqları tutulsun, reytinq xətrinəgəzə bilən insan gəzməsin və bundan şou yaratsınlar... Nəinki aparıcı, o insanheç insan ola bilərmi?”
Ranar daha sonra aparıcı Nanə Ağamalıyevanın kövrək qəlbli olduğunu söyləsə də, onu xoflu adlandırıb:"Nanə çox qəribə insandır. Nə qədər insanı çox istəsə də, xofludur. Kənardan çox güclü insana bənzəyir, amma onu müdafiə etməyə çox böyük ehtiyacı var. Bəzən kobud, sərt olsa da, qəlbi uşaq kimidir”.
Musayev yaxın dostu teleaparıcı Hüsniyyə Məhərrəmovaya bəzi məqamlardanifrət etdiyini söyləyib:"Hüsniyyə ilə hamı bilir ki, yaxın dostam. Hüsniyyə ilə ola bilər ki, bir-birimizi qıraq, problemlərimiz, konfliktlərimiz olsun, hətta bir-birimizənifrət edək... O qədər olub ki, ona nifrət etmişəm. Amma Hüsniyyə canımın bir parçasıdır”.
Görək . Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, teleaparıcı Ranar Musayevin şərh verdiyi aparıcılar nə edəcək, nə deyəcək?
Bizi izəyin...
Əntiqə Rəşid