adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 May 2020 10:21
26242
ŞOU-BİZNES
A- A+

Dünya məşhurlar imkansızlara yardımı davam etditrir: İbrahim Tatlısəs də qoşuldu

Hələ də koronavirus epidemiyası dünyada yayılmağa davam edir. Ölkələr karantin qərarı verir, uçuşlar təxirə salınır, sərhədlər bağlanır, insanlara evdən çıxmamaq qadağan edilir. Koronavirusun geniş yayılması iş yerlərinin bağlanması səbəbi ilə insanlara maddi çətinliklər yaradır. Tanınmış simalar isə koronavirus epidemiyasının səbəb olduğu iqtisadi çətinliklərdən təsirlənən insanlara maddi dəstək olurlar.

Müğənni Rihanna 5 milyon, 22 yaşlı milyarder Kayli Cenner, aktyor Arnold Şvartseneqqer, Rayan Reynolds, aktrisa Ancelina Coli, Bleyk Layvli 1 milyon dollar koronavirusla mübarizəyə ianə edib.Məşhur müğənni Taylor Svift isə maddi çətinlik yaşayan pərəstişkarlarına 3000 dollar paylayaraq gündəmə gəlib.

Türkiyəli məşhurlar da müxtəlif kampaniyalarla insanlara kömək edir. YouTuber Atakan Özyurtun başlatdığı "Kirayə pulun məndən” kampaniyasına İdo Tatlıses, Edis, Arda Turan, Zeynep Bastık, Burak Yılmaz və Emre Çolak kimi məşhur simalar qoşulub.Özyurt 1, Edis 5, İdo 10 ailənin kirayə pulunu ödəyib.Müğənni Haluk Ləvəntin "Dayanışma günləri” kampaniyasına qoşulan məşhurlar da az deyil. Aktyor Can Yaman 50, Kıvanç Tatlıtuğ və müğənni Murat Boz 1000 ailənin 2 aylıq qida ehtiyacını ödəyib.

On bir ayın sultanı Ramazanıngəlişi ilə türk musiqisinin "imperatoru” sayılan müğənni İbrahim Tatlısəs də yardım kampaniyasına başlayıb.

Adalet.az xəbər verir ki, sənətçi 300 imkansız ailəyə ərzaq yardımı edib.

Tatlısəs yardımbağlamalarını qəbul edən şəxslərə sosial media hesabı vasitəsilə səslənərək, təşəkkürünü bildirib: "Ramazan ayı başlayan kimi 300 ailəyə köməketdik. Allah qismət edərsə, Ramazan ayının sonunda daha 300 ailəyə yardım edəcəyəm. İrandan olan Şerifa xanımla birlikdə hazırladığımız bu bağlamaları qəbul edib, geri qaytarmadığınıza görəsizə təşəkkürümü bildirirəm”.

Yeri gəmişkən, qeyd edək: Əməkdar artist Məlahət Abbasova imkansız ailələrə yardım edərkən görüntülərini paylaşanları tənqid edib.

Türkiyədə yaşayan aktrisa bu haqda İnstqramda canlı yayımda deyib. Bir ailəni himayəsinə alan Abbasova bildirib ki, onların adlarını açıqlamağı düzgün hesab etmir:

"Buranın mentaliteti fərqlidir. Burada yardımı demək ayıbdır. Türkiyəli məşhurlar nə qədər yardım edir: biri 100, biri 50, biri 500 min, biri 5 min ailəni himayəsinə alıb. Amma çəkib göstərmirlər, ayıbdır. Həmin insanların duası bəs edər. Bunu göstərmək doğru deyil.

Bir də indi kömək edib, sonra əlimi ailənin üstündən çəkim? Yardım edirsənsə, hər zaman et”

Yəqin Məlahət xanım bu sözləri deyəndə İbrahim Tatlısəsi o siyahıya salmayıb.

Əntiqə Rəşid