adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 May 2020 10:10
34799
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ASILIB

Ruhum elə göynəyir
Elə bil dağ basılıb...
İsa kimi çarmıxa -
Dipdiri - sağ asılıb!..

Gözlərim də qıyılır,
Əhvalım da sıyılır...
Nəsə...nəsə duyulur -
Od üstdən yağ asılıb...

Ümid bitir içimdən -
Hallandım bu biçimdən...
Yatağımın küncündən -
Beş arşın ağ asılıb!..

Qəfil tutuldum, doldum
Sən gəlib - gedən yoldum!
Bəylə bostançı oldum -
Çiynimdən tağ asılıb!