adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 May 2020 19:23
37103
KRİMİNAL
A- A+

Türkiyədə iki azərbaycanlı narkotacir tutuldu

Türkiyənin Ankara şəhərinin Kahramankazan rayonunda iki azərbaycanlı tutulub.

Onların üzərindən 100 qram narkotik maddə olan metamfetamin götürülüb.

Hüquq-mühafizə orqanları onların narkotik ticarəti ilə məşğul olduqlarını ehtimal edir. Şübhəlilərdən biri qadındır.

İstintaq nəticəsində məlum olub ki, İstanbuldan Ankaraya narkotik maddə gətirmək istəyən şəxslər koronavirusa görə şəhərlərarası gediş-gəlişin mümkünsüz olduğunu bildikləri üçün guya babaları ölübmüş kimi saxta "dəfn icazəsi” alıblar.

Hazırda iş üzrə istintaq davam edir.